19 fevral 2020 16:07
1509

“Liverpul”un kapitanı sıradan çıxdı

Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Liverpul” itki ilə üzləşib.

Mersisayd klubunun kapitanı Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.

Klubun mətbuat xidməti yarımmüdafiəçinin əzələsində problem olduğunu yazıb. Onun hansı müddətə sıraya dönəcəyi bəlli deyil.

Qol.az