23 aprel 2019 10:08
661

Londonun Təbiətşünaslıq Muzeyində mitinq keçirilib

Londonda iqlim dəyişikliyi fəsadlarının qarşısını almaq üçün təcili tədbir görülməsi tələbi ilə keçirilən mitinq Təbiətşünaslıq Muzeyində davam edib. Muzeydəki mavi balina skeletinin altına təxminən 100 nəfər uzanaraq hökumətə etirazını bildirib. Yarım saat davam edən mitinqdən sonra rəngli paltar geymiş musiqiçilər klassik əsər ifa ediblər.

Londonda ötən həftədən başlanmış mitinqlər zamanı ümumilikdə 1000 nəfər həbs olunub.