06 avqust 2020 12:13
408

Lukaşenko oğlunun müxalif düşüncəsindən danışıb

Belorus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayın “müxalif düşüncəli” insan olduğunu hesab edir.

AZƏRTAC “Ukraina 24” telekanalına istinadla xəbər verir ki, bu barədə ukraynalı jurnalist Dimitri Qordon Belorus Prezidenti ilə müsahibədən sonra deyib.

Dimitri Qordonun fikrincə, 16 yaşlı Nikolay atası ilə müxtəlif ölkələrə getdiyi və bir çox dövlət başçısı ilə söhbət etdiyi üçün onun öz dünyagörüşü formalaşıb. “O, ümumiyyətlə hakimiyyətə qarşı müxalif düşüncədədir”, - deyə Qordon telekanalın efirində vurğulayıb.

Jurnalistin sözlərinə görə, Aleksandr Lukaşenko oğluna sakit həyat arzuladığı üçün onu qətiyyən prezident postunda görmək istəmir.