Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
31 oktyabr 2020 01:34
293

Lüksemburqda son sutkada koronavirusa 697 yoluxma qeydə alınıb

Lüksemburqda COVID-19 epidemiyasının yayılması geniş vüsət alıb. Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yeni qadağalar qüvvəyə minib.

"İki sahil" Azərtac-a istinadən xəbər verir ki, ölkədə son sutkada 697 yeni yoluxma və 3 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda 154 koronavirus xəstəsi olduğu bildirilir. Reanimasiya şöbəsində ağır vəziyyətdə olan 22 koronavirus xəstəsi müalicə alır.

Sanitar böhran başlayandan koronavirusun ümumi 150 qurbanı olub. Ölkədə 8646 test həyata keçirilib. COVID-19 epidemiyasına yoluxanların ümumi sayı 17 min 773-ə çatıb.

Lüksemburqda axşam saat 23:00-dən səhər saat 06:00-ya qədər komendant saatı tətbiq olunur.