09 yanvar 2020 14:30
894

Madonna Ersoy Dinçi ABŞ-a dəvət etdi?

Almaniyada yaşayan musiqiçi Ersoy Dinç dünyaca məşhur müğənni Madonnadan təklif aldığını deyib.

"İki sahil" xəbər verir ki, Ersoy Dinç "İnstagram hesabımdan Madonnadan mesaj gəldi. 2017-ci ildə bəstələdim, "Ben de insanım" mahnısının melodiyasına vurğun olduğunu yazmışdı. Əvvəlcə inanmadım. Sonra komandası əlaqəyə girdi, nömrələrini mənə verdilər. Danışdıq. İndi müqavilə ərəfəsindəyik. Tezliklə Amerikaya gedib Madonnaya mahnı oxuyacam "dedi.