21 may 2019 16:40
216

Maduro Azərbaycana gələcək

Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək. 

Bu barədə jurnalistlərə açıqlamasında Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran məlumat verib. Onun sözlərinə görə, səfər oktyabr ayında baş tutacaq.

Diplomat qeyd edib ki, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçəcək. Bununla əlaqədar Bakıda sammit təşkil olunacaq.