08 fevral 2019 10:09
207

Maduro Venesuela müxalifətinin danışıqlardan qorxduğunu bildirib

Venesuela prezidenti Nikolas MaduroKarakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Maduro Venesuelanın gələcəyi üçün yeganə çıxış yolunun tərəflərin danışıqlar masasına əyləşməkdən ibarət olduğunu vurğulayıb.

"ABŞ-ın sabiq prezidenti Con Kennedi deyirdi: "Heç vaxt qorxudan danışıqlar aparma, amma heç vaxt da danışıqlardan qorxma". Kim ki, danışıqları istəmir, yəqin nədənsə qorxur. Bu, həqiqət qarşısında qorxudur", - deyə Maduro əlavə edib.

Daha əvvəl dövlət başçısı bildirib ki, yaxın zamanlarda Venesuelada prezident seçkiləri olmayacaq.