24 noyabr 2020 18:23
1501

Mahmud Qurbanov ən yaddaqalan oyununu açıqladı

“Bu yaxınlarda Vətən müharibəsi oldu, igid əsgərlərimiz işğal altında olan torpaqlarımızı azad etdilər. Onlara və Ali Baş Komandanımıza təşəkkür edirik”.

"İki sahil" xəbər verir ki, bunu “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov deyib.

Azərbaycan Kubokunun püşkatma mərasiminin fəxri qonağı olan ölkə kubokunun ən titullu futbolçusu (5 dəfə) PFL-in prezidenti Ramin Musayevin “Ən yaddaqalan oyunun hansı olub” sualını belə cavablandırıb: “Yaddaqalan oyunlar çox olub. Ən yaddaqalan oyun Moskvada düşmən komandasına qarşı olan görüş olub. Siz özünüz də o zaman rəhbərimiz idiniz. “Pünik”i Moskvada, neytral meydanda məğlub etmişdik”.