08 avqust 2019 17:19
210

Malala Yusufzay Kəşmirdə vəziyyəti sabitləşdirməyə çağırıb

Nobel mükafatı laureatı Malala Yusufzay Kəşmirdə vəziyyəti sabitləşdirməklə bağlı çağırış edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, o sosial media hesabından verdiyi açıqlamada insan hüquqlarının, uşaqların və qadınların hər zaman qorunmalı olduğunu, 70 illik problemin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. “Kəşmirlilər 70 ildir dəhşət içərisində yaşayırlar. Cənubi Asiyada 1,8 milyard insan yaşayır. Biz fərqli mədəniyyətləri təmsil etsək də, sülh şəraitində yaşaya bilərik. Ümid edirəm ki, bütün Cənubi asiyalılar, əlaqədar beynəlxalq qurumlar məsələyə münasibət bildirəcəklər”, - deyə o, əlavə edib.