06 sentyabr 2019 16:32
144

Malta-Azərbaycan oyunu heç-heçə yekunlaşıb

Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurublar.

Komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.