10 yanvar 2020 17:17
259

"Manatın sabitliyi üçün bazardan valyuta çıxarırıq"

"Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.

Bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir”, - o qeyd edib. //Report