09 iyul 2020 13:36
1146

"Manchester City"dən rekord göstərici

"Manchester City" İngiltərə Premyer Liqasında dəqiq ötürmə sayına görə rekord qırıb.

“İki sahil” "goal.az"a istinadən xəbər verir ki, Pep Qvardiolanın komandasının ölkə çempionatının 34-cü turunda "Newcastle"a 5:0 hesabı ilə qalib gəldikləri matçda dəqiq ötürmələrinin sayı 93,7 faiz (840-dan 787-i dəqiq) təşkil edib. Bu isə 2003/2004 mövsümündən - İngiltərə çempionatı oyunlarında statistikanın hesablanmasından indiyə kimi ən yaxşı göstəricidir.

Qeyd edək ki, Manchester City hazırda turnir cədvəlində 69 xalla 2-ci pillədə qərarlaşıb.