08 yanvar 2020 21:59
177

“Mançester Siti” 3:1 hesabı ilə “Mançester Yunayted”ə qalib gəlib

“Mançester Siti” futbol klubu İngiltərə Liqası Kubokunun birinci yarımfinalında “Mançester Yunayted”lə keçirdiyi səfər matçında 3:1 hesabı ilə qalib gəlib. Görüş “Old Trafford” stadionunda baş tutub

Görüşdə “Mançester Siti”nin oyunçuları Bernardu Silva (17-ci dəqiqə) və Riyad Marez (33-cü dəqiqə) fərqləniblər. 39-cu dəqiqədə “Mançester Yunayted”in oyunçusu Andreas Pereyra topu öz qapısına qol vurub. Ule Qunnar Sulşerin komandasının heyətində yeganə qola 70-ci dəqiqədə Markus Reşford imza atıb.

Bu qol turnirin son üç matçında Reşvordun vurduğu dördüncü qol olub. O, “Çelsi” ilə görüşdə iki qol (2:1), “Kolçester”lə görüşdə bir qol (3:0) vurub. “Mançester Yunayted” sonuncu dəfə 1997-ci ilin mayında “Mildsboro” ilə görüşdə öz qapısından 3 dəfə top keçməsinə (3:3) imkan verib. Komanda 2016-cı ilin oktyabrından İngiltərə Liqası Kubokunun matçlarında uduzmur. O vaxt isə 0:1 hesabı ilə “Mançester Yunayted”ə uduzub. Bu müddət ərzində komanda 11 qələbə qazanıb, dörd dəfə heç-heçə oynayıb, iki dəfə Kubokun sahibi olub.

Komandaların cavab görüşü yanvarın 29-da “Etihad” stadionunda keçiriləcək. //AZƏRTAC