03 iyul 2020 11:05
933

“Mançester Siti” çemoionu darmadağın etdi

İngiltərə Premyer Liqasında 32-ci həftəyə yekun vurulub.

“İki sahil” xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğunu daha əvvəl elan edən “Liverpul” klubu “Mançester Siti”nin qonağı olub. Oyuna sürətli başlayan ev sahibləri 25-ci dəqiqədə Kevin de Bruynenin penaltıdan vurduğu qolla 1-0 önə keçib. “Siti” ilk hissəni 35 və 45-ci dəqiqələrdə Rəhim Sterling ve Phil Fodenin qolları ilə üstün tamamlayıb. 56-cı dəqiqədə Oksleyd Çemberleynin qolu ilə “Şəhərlilər” matçı 4-0 hesabı ilə qazanıb.

Qeyd edək ki, bu nəticədən sonra “Mançester Siti” xalını 66-ya yüksəldib.