08 avqust 2019 12:05
204

“Mançester Siti” “Yuventus”un müdafiəçisini transfer edib

İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatıb. 

APA-nın məlumatına görə, “şəhərlilər” Portuqaliya millisinin müdafiəçisi Juan Kanselunu rənglərinə bağlayıblar. 

İngilislər İtaliya “Yuventus”undan transfer edilən 25 yaşlı Avropa çempionu üçün 65 milyon avro ödəyiblər. J. Kanselu 2025-ci ilədək “Mançester Siti”nin şərəfini qoruyacaq. 

Qeyd edək ki, müdafiəçi ötən mövsüm “Yuventus”un heyətində 34 oyuna çıxıb və 1 qol vurub.