İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Nemanya Matiçlə müqaviləsini uzadıb.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı futbolçu ilə 2023-cü ilədək müqavilə imzalanıb. 2017-ci lldə “Çelsi”dən transfer olunan futbolçu "Mançester Yunayted" forması ilə 114 rəsmi oyuna çıxıb. Matiç bu mövsüm 27 oyunda 1 qolun müəllifi olub.