19 yanvar 2021 15:18
749

Mario Mandzukiç "Milan"da

“Milan” Mario Mandzukiçin transferini rəsmiləşdirib.

"İki sahil" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  34 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandığı bildirilib.

Xorvatiyalı oyunçu A seriyası təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mandzukiçin son klubu  Qətərin “Əl-Duhail”isi olub.