03 aprel 2020 16:00
1283

Marneulidə 105 min nəfər yoxlamadan keçib, koronavirus aşkarlanmayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda əhali arasında tibbi yoxlama prosesinin birinci mərhələsi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, 105 min insanın termoskrininq metodu ilə hərarəti ölçülüb və həmin şəxslərin heç birində koronavirus təsdiqlənməyib.

Z.Darğallı Marneulidə tibbi yoxlamanın ikinci mərhələsinin bir neçə gündən sonra başlayacağını qeyd edib.