24 fevral 2020 12:42
1343

Martın 1-də IX siniflər üzrə buraxılış imtahanı keçiriləcək

Doqquzuncu siniflər üzrə buraxılış imtahanının I mərhələsində iştirak edəcək şagirdlərin nəzərinə

Martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan mərkəzindən bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər buradan özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı Mərkəzin saytından yükləmək mümkündür.