23 yanvar 2021 00:00
923

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanılıblar

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.