03 dekabr 2019 20:31
125

Masallıda YAP fəalları ilə görüş

Dekabrın 3-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatnda bələdiyyə seçkiləri ilə əlaqədar olaraq təşkilat fəalları ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP  Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev bələdiyyə və seçkinin əhəmiyyətindən danışaraq fəalları seçki prosesində aktiv olmağa çağırıb: “Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani təzahürüdür. Bu baxımdan hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımlar bələdiyyələrin fəaliyyətinə və işinin təşkilinə mühüm töhfələr verir. Ulu öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək demişdir: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Ümummilli Liderimizin fikirləri real həyatda da öz əksini tapmışdır. Bu gün ulu öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir”.

Rayon təşkilatının namizədlərinin əksəriyyətini qadınlar və gənclərin təşkil etdiyini bildirən Seyfəddin Əliyev çoxminli  YAP fəallarını da təbliğat və təşviqat prosesində aktiv iştirakı ilə YAP-ın növbəti qələbəsini qazanacağına əminliyini ifadə edib.

Taleh Bağırov, “İki sahil”