20 noyabr 2019 14:16
604

Masallıya yeni icra başçısı təyin edildi -  SƏRƏNCAM

Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.