05 dekabr 2019 19:48
791

Mattia Binotto: “Ferrari” 2019-cu il titulunu hələ ötən il uduzub

“Ferrari” komandasının rəhbəri Mattia Binotto öz yetirmələrinin 2019-cu il mövsümündə məğlubiyyətini şərh edib.

AZƏRTAC xəbər verir ki, bu mövsümdə Konstruktorlar Kubokunu artıq altıncı dəfə dalbadal “Mercedes” komandası qazanıb, onun yürüşçüsü Luis Hemilton isə şəxsi hesabda qalib gələrək Formula 1 yarışlarının altıqat çempionu olub.

“Autosport” portalı Mattia Binottonun sözlərini sitat gətirir: “Düşünürəm ki, biz bu titulu hələ ötən il, maşınları layihələşdirdiyimiz zaman itirmişik. Ən nəhayətində, biz cari mövsümün əvvəlindən rəqabətqabiliyyətli deyildik. Bunun səbəbləri var. Hesab edirəm ki, bu maşının layihəsi mövsümə başlamaq üçün kifayət qədər yaxşı deyildi.

Mövsümün gedişində maşının təkmilləşdirilməsi isə onu sübut etdi ki, bizim bolidimiz rəqiblərin avtomobili ilə müqayisədə heç də yaxşı deyildi. Bütün səbəblər bundan ibarətdir”.