13 avqust 2019 16:16
79

Mauro İkardi “Yuventus” klubu ilə beşillik müqavilə imzalayıb

İtaliyanın “İnter” klubunun kapitanı Mauro İkardi “Yuventus” komandasına transfer olub.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb. Müqaviləyə əsasən argentinalı futbolçu illik 8 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauro 2013-cü ildən “İnter” klubunun şərəfini qoruyur. O, “neradzura”nın heyətində 219 oyunda meydana çıxıb və 124 dəfə fərqlənməyə nail olub.