11 sentyabr 2019 17:48
119

Medvedev: Öz pendirimiz də pis deyil

Rusiya artıq pendir istehsalına başlayıb və heç də pis deyil.

Trend-in məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” telekanalının canlı yayımında deyib.

D.Medvedev Fransa pendirlərinin Rusiya mağazalarında peyda olub-olmayacağı barədə suala cavab verərkən Rusiya istehsalı olan pendirləri tərifləyib.

Nazir əlavə edib ki, Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır.