14 iyun 2019 16:20
105

Məhəmməd Hadi küçəsində su xəttində yenidən qəza baş verib

Bakının Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində yenidən qəza baş verib. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.