19 aprel 2019 17:45
1053

Məhkəmə nümayəndələri hərbi dənizçilərlə görüşüblər

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərverir ki, tədbirdə qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Sonda şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.