20 noyabr 2019 18:27
983

Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşıladılar.