23 may 2019 11:20
272

Məişət zorakılığı cəmiyyət tərəfindən həmişə mənfi qarşılanır

Qadınlara qarşı zorakılıq şəxsi ailə məsələsi kimi qəbul edilə bilməz, çünki onun fəsadları cəmiyyətdə hər kəsə təsir edir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılığın nəsillərarası fəsadları da var ki, bura uşaqların təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruzqalma, boşanma səviyyəsinin artması, ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və digər təsirlər daxildir:

"Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluq və məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət orqanları vətəndaş cəmiyyətləri və beynəlxalq qurumlarla birgə layihələr həyata keçirir. Bu sahədə qanunvericilik daim təkmilləşir, sosial proqramlar həyata keçirilir".