21 avqust 2019 22:39
1875

Meksika körfəzində yeni neft yataqları istismar ediləcək

  Meksikanın Milli Karbohidrogen Komissiyası ölkənin “Pemex” dövlət enerji şirkətinin Meksika körfəzində iki neft yatağının istismarı ilə bağlı layihəsini təsdiqləyib.

 “Pemex” şirkəti “Teekit” və “Cibix” yataqlarından neft və qaz hasil edilməsi üçün 500 milyon dollardan artıq investisiya ayırmağı planlaşdırır.

 Şirkət yataqlarda dörd yeni hasilat quyusu və 6 istismar quyusu qazmağı nəzərdə tutub.

 “Pemex”in 13,2 milyon barrel neft və təxminən 33 milyard kubfut həcmində qaz hasil edəcəyi proqnozlaşdırılır.

Nübar,

“İki sahil”