02 fevral 2019 11:47
200

Meksikada 6,6 bal gücündə zəlzələ baş verib

Cümə günü Meksikanın cənubunda baş vermiş güclü zəlzələ yaşayış məntəqələrində təşvişə səbəb olub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Meksika hakimiyyət orqanlarının məlumatına görə, zəlzələ nəticəsində ciddi tələfat, insanların yaralanması və ölüm halları qeydə alınmayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 6,6 bal olub. Zəlzələnin episentri Çyapas ştatındakı Tapaçula şəhərindən təqribən 16 kilometr məsafədə 68 kilometr dərinlikdə olub.