16 iyul 2019 20:19
1087

Meksikanın yadplanetlilərlə bağlı gizli tarixi - VİDEO

Meksikalı arxeoloq Viktor Makaço uzun illərdir ki, qadağan olunmuş arxeologiyanı tədqiq edir.

“Ölkə.Az” xəbər verir ki, bu qadağan olunmuş arxeologiya yadplanetlilərlə əlaqəlidir.

Viktor bu məqsədlə bütün Meksikanı gəzib. O, qədim dövrlərdə yadplanetlilərin səfər etdiyi yerlərə baş çəkib. Burada nəinki yadlanetli izləri, hətta qədim xalqların məişətinə təsirlərinə də rast gəlmək mümkündür.

Viktorun topladığı artefaktlar qədim dövrlərdə bu ərazilərdə ulduzlardan gələn qonaqlarla sıx münasibəti olan xalqların yaşadığını sübut edir. Mədəni maddi irs nümunələrinin üzərində gəmilər və yadplanetlilər, Kainat və başqa məsələlər barədə fantastik məlumatlar var. Bu məlumatları elm vasitəsilə izah etmək mümkün deyil. Bundan başqa Kamaço yadplanetlilərlə bağlı artefaktları toplayan insanlarla da tanış olur.