25 yanvar 2019 14:38
233

Məktəblərdə qış tətili nə vaxt başlayır?

Yanvarın 27-dən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən bildiriblər ki, qış tətili yanvarın 27-dən 31-dək davam edəcək.

Qeyd edək ki, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də sona çatır. Tədris ilinin birinci yarımili sentyabrın 15-dən yanvarın 26-dək, ikinci yarımili isə fevralın 1-dən iyunun 14-dəkdir.