28 yanvar 2020 17:09
2091

Məlahət İbrahimqızı hesabat verəcək

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP)  21 saylı Nəsimi birinci seçki dairəsi üzrə vahid namizədi Məlahət İbrahimqızının seçicilərlə növbəti görüşü keçirilib. 

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri M.İbrahimqızı Prezident İlham Əliyevin apardığı genişmiqyaslı  islahatlardan və bu islahatların insanların rifahına müsbət  təsirindən, həmçinin icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərdən söz açaraq, bunun qanunverici hakimiyyət olan Milli Məclis üçün də labüd olduğunu vurğulayıb.

Görüş zamanı sakinlərin şikayət və təklifləri dinlənilib, onların həlli istiqamətində yerindəcə addımlar atılıb. Seçicilər təhsil işçilərinin ipoteka ilə mənzil alma şərtlərinin sadələşdirilməsini, yeni tikililərin-pilot layihələrinin işinə dövlət nəzarətinin artırılması və tikinti müddətində müntəzəm monitorinqlərin keçirilməsini xahiş ediblər.

M.İbrahimqızı görüşlərdə sadalanan problemlərin təhlil edildiyini, həlli mümkün olan problemləri operativ şəkildə aradan qaldırmağa  çalışdığını, qeyd olunan bütün məsələlərlə bağlı  həftə içi hesabat verəcəyini bildirib.

Görüşün yekununda M.İbrahimqızı seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə dəstək olmağa çağırıb.

Ceyhun Piriyev, “İki sahil”