03 dekabr 2019 13:11
115

Məmmədov Gürücüstanda ən populyar ikinci soyaddır

Məmmədov və Əliyev soyadları Gürücüstanda ötən il olduğu kimi bu il də ən populyar soyadların arasında yer alıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin statistik göstəricilərindən məlum olub.

Hazırda ölkədə Məmmədov soyadını 13 814, Məmmədova soyadını isə 12 931 nəfər daşıyır. Azərbaycanlılara məxsus bu soyad Gürcüstanda həm kişilər, həm də qadınlar arasında ikinci ən geniş yayılan familiyadır.

Qonşu ölkədə Əliyev soyadlı 9 031, Əliyeva soyadlı isə 8 918 nəfər yaşayır. Əliyev populyar kişi soyadları arasında dördüncü, Əliyeva isə populyar qadın soyadları arasında beşinci yeri tutub.

Gürcüstanda ən çox rast gəlinən soyadların siyahısına yenə də Beridze başçılıq edir. Bu familiyanı daşıyanların ümumi sayı 29 412 nəfər təşkil edir.