29 iyun 2020 11:30
1125

Mənim ora, onun Türkiyəyə gəlməsi mümkünsüzdür - Ayrılıq səbəbi

4 ildir birlikdə olan aktyor Burak Hakkı ilə yunan sevgilisi Hara Pappa ayrılıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər kəs cütlüyün evlənəcəyini gözlədiyi halda onların belə bir addım atması pərəstişkarlarını təəccübləndirib. 

Karantin günlərində bir-brindən ayrı qalan cütlük ayrılmaq qərarı verib. Xəbərlərin doğru olduğunu deyən Hakkı xəyanətlə bağlı suallara əsəbiləşib. Hakkı "Aldatmadım. Ayrılmağa birlikdə qərar verdik. Pandemiya ərəfəsində aramıza məsafələr girdi. Evlənmək istəyirdik. Amma oturub danışdıq, alınmadığını gördük" deyə söyləyib.

Aktyor bildirib ki, sevgilisi toydan sonra onun Yunanıstana köçməsini istəyib: "Mənim ora, onun Türkiyəyə gəlməsi mümkünsüzdür."