14 oktyabr 2019 17:57
876

Mer ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Oktyabrın 14-də Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb.

Səbail Rayonun İcra Hakimiyyətindən bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən Vətən oğullarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi haqqında, eyni zamanda, şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.