Ölkədə insan amilinə xidmət edən layihələrin sayı günbəgün artır. Lənkəran şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin yüksək səviyyədə təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bu müəssisədə Lənkəran daxil olmaqla Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə təcrübəli mütəxəssislər tərəfindən tibbi-sosial reabilitasiya xidməti göstəriləcək.
Mərkəzin maddi-texniki bazası zəngindir. Limfodrenaj, ozonaterapiya, maqnitoterapiya, hidroterapiya, eləcə də digər lazımi tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. İşıqlı, geniş otaqlarda qurulmuş, dövlət vəsaiti hesabına alınmış avadanlıqların hamısı yeni və müasirdir. Göstərilən bu yüksək səviyyəli qayğıya görə mərkəzə gələn əlilliyi olan şəxslər dövlətə, şəxsən onun rəhbərinə minnətdarlığını bildirirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü