03 iyun 2020 14:43
844

Mərkəzi Asiya ölkələri Çinə qaz ixracını azaldıblar

 Qazaxıstan Çinə qaz ixracını 12-15 % azaldıb. Ölkənin enerji naziri Nurlan Nogayev Çinə gündəlik 18 milyon kubmetr qaz göndəriləcəyini açıqlayıb. O bildirib ki, qaz tədarükünün azaldılması təklifini Çinin özü edib. Pekindən “KazTransGaz”a bu barədə məktub ünvanlanıb.

  Qazaxıstan, Türkmənistan və Özbəkistan Çinə qaz nəqlini azaltmalı olacaqlar. Koronavirusla mübarizə tədbirləri səbəbindən Çində qaza olan tələbat xeyli aşağı düşüb.

 Xatırladaq ki, yuxarıda adları qeyd olunan üç Mərkəzi Asiya ölkəsi ilə Çin arasında illik 55 milyard kubmetr qaz ixrac edən kəmər mövcuddur.

 Ötən il Çinə Qazaxıstan 7,1 milyard kubmetr, Özbəkistan 10 milyard kubmetr, Türkmənistan isə 33,2 milyard kubmetr qaz ixrac etmişdi.

 Nubar Süleymanova,

“İki sahil”