28 yanvar 2019 12:05
112

Məscidlərdə imamlara siqaret qadağası

Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Dini İşlər üzrə İdarəsi qərar verib.

İdarənin sədri Əli Erbaş bildirib ki, siqaret çəkmək haramdır və din xadimləri tütün məmulatları istifadə etməməlidir.

O əlavə edib ki, bir neçə gün bütün imamlara siqaret çəkənlərin Həcc ziyarəti zamanı qruplara rəhbərlik edə bilməyəcəkləri barədə xəbərdarlıq göndərilib.