11 yanvar 2020 17:46
332

Məşhur idmançı yanğının söndürülməsinə 500 min yardım ayırdı

Formula 1 çempionu Luis Hemilton Avstraliyada meşə yanğınlarının söndürülməsinə dəstək olaraq maddi yardım edib.

Bu haqda Britaniyanın "The Sun" nəşri məlumat yayıb.

Qeyd edək ki, ölkənin cənub-şərqindəki yanğınlar zamanı 27 nəfər həlak olub, 2000 ev zərər görüb. Hamilton həmçinin yanğınlar zamanı təbiətə dəyən zərərdən və heyvanların kütləvi şəkildə təlaf olmasından narahatlığını özünün rəsmi İnstaqram səhifəsində ifadə edib.

Hamilton bildirib ki, o, meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürənlərə və digər qurumlara 500 min Avstraliya dolları (344 min ABŞ dolları) məbləğində yardım edib. //Qol.az