19 may 2020 10:47
404

Məşhur milyarder vəfat etdi

Səudiyyə Ərəbistanının məşhur milyarderi, "Dallah Əl-Baraka" holdinqin prezidenti və qurucusu Saleh Abdullah Kamil vəfat edib.

Bu barədə holdinqin rəsmi "Twitter" hesabından məlumat paylaşılıb.

Bildirilir ki, 79 yaşlı milyarder Ramazan ayının son 10 günlüyündə, mübarək bir gecədə dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, Saleh Abdullah Kamil islam bankçılığının və ərəb dünyası mediasının əsas simalarından hesab olunur. Onun 2.3 milyard dollar sərvətə malik olduğu bildirilir. //Azvision.az