31 yanvar 2019 18:08
857

Məşhur müğənni restoranda ofisianta 10 min dollar bəxşiş verdi

Kanadalı repçi Dreyk bir fast-food restoranında ofisianta külli miqdarda bəxşiş verib.

Dreyk dünən Los-Ancelesdə bir restoranda olub. Mühafizəçiləri ilə birlikdə oturan Dreyk hamburqer sifariş verib. Sonra isə işçilərlə və pərəstişkarları ilə fotolar çəkdirib.

Sifarişi hazır olduqdan sonra repçi iki qadın işçinin hər birinə 10 min dollar bəxşiş verib.

Dreykin restoranda çəkilən fotosu sosial şəbəkədə böyük marağa səbəb olub.