07 fevral 2019 17:45
280

Məşhur serial 31-ci mövsümünə başlayır FOTO

Televiziya tarixinin ən uzun serialı "Simpsonlar" 31-ci və 32-ci mövsümləri ilə davam edəcək.

"İki sahil" axşam.az-a istinadən xəbər verir ki, "Fox" kanalı serialın 713 seriyadan davam edəcəyini bəyan edib.

Met Qroinq tərəfindən yaradılan komediya serialı orta təbəqədən olan bir ailənin Amerika mədəniyyətini və ictimai təfəkkürünü yumor şəklində insanlara çatdırır.

Qeyd edək ki, 1989-cu ilin dekabrından start götürən serial Amerikanın ən uzunömürlü sitkomudur.