10 avqust 2020 11:23
1629

Məşhur şoumen velosipeddən yıxılıb, belini sındırdı

"X-Factor" şousunun yaradıcısı və aparıcısı, britaniyalı prodüser Saymon Kouell ABŞ-ın Kaliforniya ştatının Malibu şəhər xəstəxanasına yerləşdirilib.

Bununla bağlı "People" nəşri məlumat yayıb. Bildirilib ki, şoumen elektrikli velosipeddən yıxılıb və belini sındırıb: "O, həyətində yeni hazırladığı elektrikli velosipedi sınaqdan keçirərkən yıxılıb. Yaxın günlərdə onun əməliyyat ediləcəyi bildirilib". //Oxu.az