13 noyabr 2019 12:20
842

Məşhur verilişin aparıcısı dəyişdi

Aktrisa Ülviyyə Xəlilbəylinin aparıcısı olduğu “Tərz olsun” verilişinin aparıcısı dəyişdirilib.

Publika.az xəbər verir ki, ARB kanalında yayımlanan verilişi bu həftədən etibarən başqa bir aparıcı idarə edəcək.

Bu barədə Ülviyyə Xəlilbəyli İnstaqramda məlumat verib. O, “Tərz olsun verilişinin aparıcısı mən olmayacam. Hamıya uğurlar”, - deyə paylaşımına qeyd edib.

Məlumat üçün bildirək ki, aktrisa hazırda ARB kanalında yayımlanan "Uçurum" serialında əsas rolda çəkilir.