07 oktyabr 2019 17:26
128

Messinin İngiltərəyə girişi qadağan oluna bilər

“Barselona”nın forvardı Lionel Messinin “Brexit”dən sonra İngiltərəyə girişi qadağan oluna bilər.

Bu barədə “Teh Sun” nəşrinə istinadən xəbər verib.

Belə ki, argentinalı futbolçuya vergidən yayındığına görə şərti cəza verilib. Hazırda Messi Avropa Birliyinə üzv ölkənin sakini kimi, qeyri-zorakı bir cinayət törətdiyi üçün İngiltərəyə girə bilər.

Lakin “Brexit”in baş verəcəyi təqdirdə, İspaniya vətəndaşının ölkəyə girişinə icazə verilməyəcək.