İspaniyanın "Barselona" klubunun və Argentina millisinin kapitanı Lionel Messi "Atletiko Madrid"lə oyunda (2:2) karyerasının 700-cü qoluna imza atıb.
“İki sahil” Sportline.az-a istinadən xəbər verir ki, təcrübəli forvard, bu qollardan 630-unu "Barselona"nın, 70-ni isə Argentina millisinin heyətində vurub.
Onun 700-cü qolu vurması qeyri-adi şəkildə qeyd olunub. Belə ki, meydanın mərkəzində toplardan argentinalı ulduzun fotosu hazırlanıb və "Lionel Messi - 700 qol" yazılıb.