27 yanvar 2021 18:17
1108

Məsut Özil: Azərbaycana salam göndərirəm VİDEO

“Fənərbaxça”nın yeni transferi Məsut Özilin təqdimetmə mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ulduz futbolçuya Azərbaycanla bağlı fikirləri soruşulub.

Özil Azərbaycana salam göndərdiyini bildirib: “Azərbaycana salam göndərirəm. Təkcə, “Fənərbaxça” tərəfdarlarına deyil, hər kəsə salamımı çatdırıram”.

Daha sonra İstanbul klubunun prezidenti Ali Koç Azərbaycanla bağlı danışıb: “3 ölkə var ki, orada oynamaq istəyirik. Onlardan birincisi Azərbaycandır Məsutun gəlməsi ilə bu daha çox reallaşa bilər. Yaxında Azərbaycana gedib orda yoldaşlıq görüşü keçirəcəyimizə inanıram”.