07 fevral 2019 16:39
289

Metronun “Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılıb

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Məlumata görə, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

Nəqliyyat qurumu müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib.